Peruda meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı paytaxt Lima şəhərində qeydə alınıb.
Bu barədə ölkənin səhiyyə naziri Xorxe Lopes məlumat yayıb.
“Yoluxma halı paytaxtda qeydə alınıb. Pasient dünən bütün laborator müayinələrdən keçib, nəticələr meymunçiçəyinə yoluxmanı təsdiqləyib”, – deyə nazir bildirib.
Qeyd olunub ki, yoluxan şəxs xarici ölkə vətəndaşıdır.