Rəsmi Tokio Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın fiziki şəxslərinə və təşkilatlarına qarşı fərdi və ixrac sanksiyalarını genişləndirəcək.
Bu barədə Yaponiyanın Baş naziri Fumio Kisida bildirib.
Qeyd olunub ki, Yaponiya Rusiya Federasiyasından olan 70 fiziki və hüquqi şəxsin aktivlərini dondurmaq, həmçinin bu ölkənin müdafiə sektoru ilə əlaqəli daha 90 təşkilatına əlavə ixrac sanksiyaları tətbiq etmək niyyətindədir.