11 C
Baku
Monday, November 25, 2024

Boris Conson qiymət artımında Putini günahlandırıb

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın Ukraynaya hücumunun bütün dünyada yaşayış qiymətlərinin artmasına təsir göstərdiyini deyib.

G7 sammitində olan Conson “Twitter”də Rusiya prezidenti Vladamir Putinin Ukraynadakı hərəkətlərinin dünyada enerji və ərzaq qiymətlərini artırdığını deyib.

“Qlobal liderlər Ukraynaya kömək etmək və bütün dünyada ev təsərrüfatlarının həyatını asanlaşdırmaq üçün bir araya gəlməlidirlər. Heç bir şey masadan kənarda qalmamalıdır”, deyə baş nazir bildirib.

Son xəbərlər
Digər xəbərlər