11 C
Baku
Monday, November 18, 2024

“Atəşgah Sığorta”nın İdarə Heyətinə təyinat

“Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.

Banker.az xəbər verir ki, Rüfət Ağazadə “Atəşgah Sığorta”nın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Rüfət Ağazadə Atəşgah sığorta şirkətində peşəkar fəaliyyətinə 2010-cu ildən mütəxəssis kimi başlamış, daha sonra isə baş mütəxəssis, 2013-cü ildən şöbə müdiri, 2018-ci ildən idarə rəisi vəzifələrini icra etmişdir.

Sığorta şirkəti 1996-cı ildə yaradılıb və 5 008 500 manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 63%-i “İSR Holdinq”, 27%-i “Ran-Exim” Şirkəti və 10%-i isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsudur. Səhmdarlardan “Ran-Exim” Şirkəti “Atəşgah Həyat Sığorta”nın 100%-lik səhmdarıdır.

Son xəbərlər
Digər xəbərlər