Azərbaycanda elə bir sürücü tapılmaz ki, yanacağın keyfiyyətindən, yanacaqdoldurma məntəqələrində isə yanacağın çənə fərqli, yəni az vurulmasından narazılıq etməsin. Hər yanacaqdoldurma məntəqəsində yanacaq çəninə fərqli tutumda yanacaq vururlar. Məsələn, elə yanacaqdoldurma məntəqəsi var ki, çəni yarıya kimi doldurub 300 km sürmək olur, amma eləsi də var ki, heç 250 km-i normal getmək olmur.
Bu və digər məqamları nəzərə alaraq, “Avtosfer”in keçirdiyi sorğu iki aya yaxın müddətdə davam edib və ümumilikdə, sorğuda 4389 nəfər ihtirak edib. «Hansı yanacaqdoldurma məntəqəsində daha çox benzin kəsirlər» sualına respondentlər aşağıdakı şəkildə cavab veriblər:
Azpetrol 1440 nəfər
LUKoil 1362 nəfər
SOCAR 1021 nəfər
X-Petrol – 80 nəfər
BNQ Petrol – 34 nəfər
İST Petrol – 523 nəfər
ABU Petrol – 316 nəfər
Çiraq Petrol – 64 nəfər
OSCAR Petrol – 83 nəfər
Banker.az hesablamada olan bir boşluğu unutmamağa çağırır. Nəzərə almaq lazımdırki, qeyd olunan yanacaqdoldurma şirkətlərinin istifadəçi auditoriyasıda eyni sayda deyildir.
Comments are closed.