3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın ən populyar futbol klubunun səhmləri satışa çıxarıldı – QİYMƏT

Azərbaycanın ən populyar futbol klubu olan «Qarabağ» futbol klubunun səhmləri satışa çıxarılıb.

Söhbət «Qarabağ Futbol Klubu» MMC-nin təsisçi payından gedir.

Təsisçi payını Cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğlu Sənan Nadirov satışa çıxarıb. Adil Nadirovun vəfatından sonra ona məxsus olan «Qarabağ Futbol Klubu» MMC-dəki 4851,88 miqdarında təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib.

Qeyd olunan paylar hal-hazırda açıq satışa çıxarılmaqla, 300 000 manat qiymətinə təklif olunur.

Təkliflə maraqlanan şəxslər [email protected] elektron poçt ünvanına, yaxud +994 55 206 90 24 telefon nömrəsinə müraciət edə bilərlər.

 

Mənbəmodern.az
Son xəbərlər
Digər xəbərlər