Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü yaxın zamanlarda mümkündür.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqroyan brifinqdə bildirib.
“Belə bir görüşün yaxın vaxtlarda keçirilməsinin mümkünlüyünə dair məlumat var”, Qriqoryan qeyd edib.
Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, hazırda Azərbaycanla 4 əsas məsələnin, o cümlədən kommunikasiyaların açılmasının, delimitasiya və demarkasiya işlərinin və humanitar məsələlərin müzakirə edilir.