7 C
Baku
Thursday, December 12, 2024

Yair Lapid İsrailin Baş naziri səlahiyyətlərinin icrasına başlayıb

İsrailin Baş naziri postunu tərk edən Naftali Bennet hökumətə rəhbərlik etmək səlahiyyətlərini xarici işlər naziri Yair Lapidə təhvil verib.

Bununla bağlı rəsmi mərasim Knessetin buraxılması barədə qərar verildikdən həmən sonra Yerusəlimdə keçirilib.

Bennet səlahiyyətlərini Lapidə 2021-ci ilin yazında keçirilmiş seçkilərdən sonra imzalanan koalisiya razılaşması əsasında təhvil verib.

Lapid noyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qədər Baş nazir səlahiyyətlərini icra edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər