Kanada Ukraynaya 40-dək zirehli döyüş maşını, eləcə də pilotsuz uçan aparatları üçün 6 kamera göndərəcək.
Bunu Kanadanın Baş naziri Castin Trtudo bildirib.
Onun sözlərinə görə, ölkəsi Rusiya ilə sərhədlərin qorunmasını gücləndirmək məqsədi ilə Latviyadakı hərbçilərinin sayını artıracaq:
“Biz Latviyada mövcudluğumuzu güclədirməyi davam etdirəcəyik. Ehtiyac olanda şəxsi heyətin sayını artırmaqdan onların döyüş qabiliyyətini gücləndirmək üçün müttəfiqlərimizlə birlikdə işləyəcəyik”.
Kanada hazırda NATO-nun Latviyadakı döyüş qrupuna başçılıq edir. Qrup üzvlərinin sayı 2 000-dir.