ABŞ-ın üç əsas fond indeksi 2022-ci ilin birinci rübünü enişlə başa vurub. NASDAQ altı ayda tarixində ən böyük faiz azalma göstərib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Dow Jones yanvar-iyun ayları arasında 1962-ci ildən bəri ən böyük enişini qeyd edib. S&P 500 1970-ci illərdən bəri ən böyük azalma göstərib. Hər üç indeks ardıcıl ikinci rübdür ki, aşağı düşür.
Cümə axşamı nəticəsində Nyu-York Fond Birjasında ticarət də aşağı bağlanıb. S&P 0.88% azalaraq 3785.38-ə düşüb. Dow Jones 0.82% azalaraq 30 775.43 bənd olub. NASDAQ indeksi 1.33% azalaraq 11 028.74 bənd təşkil edib.
ABŞ Federal Ehtiyat Sistemi may ayında baza dərəcəsini 50 baza bəndi – illik 0.25-0.5%-dən 0.75-1%-ə qaldırdıqdan sonra indekslər azalmağa başlayıb. FED 2000-ci ildən bəri faizləri bu qədər artırmamışdı.