Bloomberg ekspertləri belə hesab edirlər ki, təngənin ardınca daha bir neçə valyutanı da devalvasiya gözləyir. Buna əsas səbəb olaraq isə, çin yuanının və rus rublunun məzənnəsinin zəifləməsi göstərilir.
Bloomberg agentliyinin yazdığına görə, rus rublunun enməsi əsas olaraq Rusiya ilə ticarət əlaqələri olan keçmiş sovet ölkələrinin məzənnələrinə təsir edir. Beləliklə ekspertlər belə hesab edirlər ki, yaxın gələcəkdə Ermənistan, Tacikistan, Türkmənistan, Qırğızıstan milli valyutalarının məzənnələrində enmə müşahidə edilə bilər.
Həmçinin Səudiyyə Ərəbistanı rialının dəyərinin enməsi də istisna deyil. Verilən məlumatlara görə, bu ölkə rəhbərliyini məzənnəni qoruyub saxlamaq üçün kifayət qədər ehtiyata sahib olsa da, spekulyantlar neft qiymətlərinin enməsinə yatırım edə bilər. Məhz bu səbəb Nigeriya milli nayrının da 20% enməsinə səbəb ola bilər.