13 C
Baku
Tuesday, May 7, 2024

Ukrayna ABŞ-dan əlavə 50 milyon dollarlıq silah və texnika alacaq

Ukrayna ABŞ-dan əlavə 50 milyon dollar dəyərində silah və texnika alacaq.

Bu barədə Bu barədə dövlət katibi Antoni Blinkenin ABŞ-ın Ukraynadakı səfirliyinin saytında dərc edilmiş bəyanatında deyilir.

“Ukraynalılar ölkələri uğrunda mübarizəni davam etdirirlər və ABŞ onların layiqli işini dəstəkləyir. Ukraynanın müstəqilliyinə, təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiq qalırıq”, – bəyanatda deyilir.

Blinken Ukraynanın özünümüdafiəsi üçün ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından on dördüncü silah və texnikanın ayrılmasını qeyd edib.

“ABŞ Ukraynaya ümumi hərbi yardımını 6,92 milyard dollara çatdıracaq”, – Blinken əlavə edib.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər