23.4 C
Baku
Monday, October 7, 2024

Bakıda banklar dollar satışını dayandırıb

Bəzi mübadilə şöbələri hətta avro satışını da həyata keçirmir.

Bu gün səhər saatlarında Bakı şəhərində fəaliyyət göstərən əksər bank filialları və valyuta mübadilə şöbələri nağd ABŞ dollarının müştərilərə satışını dayandırıb. Bəzi mübadilə şöbələri hətta avro satışını da həyata keçirmir.

Banker.az-in Report saytının məlumatına istinadən məlumat verir ki,  “Bank of Baku”, “Accessbank”, “Zaminbank” və s. kommersiya banklarının paytaxtdakı valyutadəyişmə məntəqələrinin əməkdaşları valyutanın satışı prosesinin nə vaxt bərpa olunacağı haqqında məlumatsız olduqlarını və əməliyyatları baş ofisdən aldıqları göstəriş əsasında dayandırdıqlarını qeyd ediblər.

Qeyd edək ki, Banker.az daxil olan məlumata görə , Mərkəzi Bankın şifahi göstərişinə əsasən dünən nahardan sonra bir çox böyük banklarda dollarının satışı dayanıb. Bu tip göstərişi alanlardan biridə Kapital Bank və Beynəlxalq Bank olmuşdur.

Son xəbərlər
Digər xəbərlər