Livan dənizdəki neft və qaz yataqlarının işlənməsinə mümkün qədər tez başlamaq üçün İsraillə sərhəd danışıqlarını bərpa etməkdə maraqlıdır.
Bunu “LBCI” telekanalına müsahibəsində ölkənin xarici işlər naziri vəzifəsini icra edən Abdullah Bu Həbib deyib.
“ABŞ-ın himayəsi altında aparılan təmaslar nəticəsində sentyabr ayına qədər tərəflər arasında dəniz sərhədinin demarkasiyasına dair razılaşma əldə oluna bilər”, o vurğulayıb.
Onun sözlərinə görə, Livan hökuməti tərəflər arasında vasitəçi kimi çıxış edən ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri Eymos Hokstin vasitəsilə iyunun ortalarında İsrailə çatdırılan təkliflərinə yazılı cavab gözləyir.