18 C
Baku
Saturday, May 4, 2024

Mərkəzi Nəbatat Bağının layihə işləri təxminən 600 min manata başa gələcək

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Feniks-AA” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı”nın abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 580 300  manatdır.

Xatırladaq ki, Sərəncamla Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25 milyon manat ayrılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər