İtaliyanın baş naziri Mario Dragi sabah Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
Məlumata əsasən, İtaliyanın baş nazirinin səfəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.
M.Dragi və R.T.Ərdoğan iqtisadi əməkdaşlıq üzrə Türkiyə-İtaliya hökumətlərarası komissiyasının üçüncü iclasına sədrlik edəcəklər.
Müzakirə iştirakçıları strateji tərəfdaş və NATO üzrə müttəfiq olan iki ölkə arasında münasibətlərin vəziyyəti və perspektivlərini nəzərdən keçirəcəklər.
Türkiyə-İtaliya danışıqlarının gündəliyinə regional və qlobal problemlər, Ankara ilə Aİ münasibətləri ətrafında fikir mübadiləsi də daxildir.