Xəzərdə suyun səviyyəsi dəniz faunasının vəziyyətinə ciddi təsir edir.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xaliq Məmmədov Xəzər dənizinə həsr olunan beynəlxalq konfrans zamanı deyib.
Onun sözlərinə görə, gəmilərin daxil ola bilmədiyi dayaz sularda tədqiqat aparmaq asan deyil:
“Xəzərin səviyyəsi sürətlə azalır və əgər bu tendensiya davam edərsə, SOCAR öz avadanlıqlarının texniki xidməti məsələsində risklərlə üzləşəcək”.
Vitse-prezident qeyd edib ki, SOCAR-ın atmosferə zərərli tullantıların azaldılması, dekarbonizasiya üzrə strategiyaları var:
“Biz bu istiqamətdə ilk addımı atan birinci iri şirkət olduq və bu sahədə layihələri reallaşdırmaqda davam edəcəyik”.