Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Emmanuel Makron arasında telefon danışığının fraqmentlərinin yayılmasına münasibət bildirib.
Lavrov Fransanın bu addımının diplomatik etikaya uyğun olmadığını qeyd edib.
“Düşünürəm ki, əlbəttə, diplomatik etika qeydlərin belə birtərəfli sızmasını nəzərdə tutmur”, – Rusiya XİN başçısı Vyetnama səfərinin yekunları ilə bağlı mətbuat konfransında vurğulayıb.