2022-ci ilin əvvəlindən Azərbaycanla Türkiyənin arasında ticarət dövriyyəsi 4.7 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin göstəricisini 12%-dən çox üstələyir.
Bunu Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunan xüsusi sessiyada çıxış edərkən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, Azərbaycanın Türkiyəyə ixracı ötən il illik ifadədə 8.5% artaraq 2.8 mlrd. dollara yaxınlaşıb.
Yusif Abdullayev bildirib ki, ölkələr arasında artıq fəaliyyətdə olan Preferensial Ticarət Sazişi bu anlamda çox önəmli mexanizmdir: “Bu saziş çərçivəsində hər iki ölkədən 15 məhsulun heç bir rüsum olmadan ixracı nəzərdə tutulur. Biz istərdik ki, bu siyahı artsın, məhsulların çeşidi daha da genişləndirilsin”.