9 C
Baku
Saturday, December 21, 2024

Dollar bu gün əksər valyutalara qarşı bahalaşır – SİYAHI

Dünya birjalarında inflyasiyaya görə FED-in sərt faiz arımından sonra əksər əsas valyutalar – hansı ki, foreksdə daha çox istifadə edilir – ABŞ dolarına qarşı bu gün də dəyər itiriblər.

Bu barədə Banker.az-ın real zaman şəraitində araşdırması göstərir.

Bakı vaxtı ilə 15:45 radələrinə avro/dolar ötəngünkü kəskin enişin ardından bu gün daha 0.7% enişlə 2002-ci ilin sonları qeydə alınmış minimuma düşüb. Major  listə olan daha bir populyar valyuta isveç kronu dollara qarşı 0.46% yenidən ucuzlaşıb.

Altı əsas valyuta səbəti qarşısında formalaşan ABŞ dollarının indeksi 106.8 bəndi ötüb.

Hazırda ən çox ucuzlaşan rus rublu və lirədir.

Valyuta adı Cütlük  Məzənnə Dəy. %
Rus rublu USD/RUB          62.4858 2.18%
Türk Lirəsi USD/TRY          17.2403 1.44%
Cənubi Afrika randı USD/ZAR          16.7358 1.26%
Meksika pesosu USD/MXN          20.6642 0.77%
Danimarka kronu USD/DKK            7.2986 0.73%
Avro* EUR/USD            1.0193 -0.71%
İsveç kronu* USD/SEK          10.5495 0.46%
İngiltərə funt.str.* GBP/USD            1.1901 -0.44%
Avstarliya dolları AUD/USD            0.6792 -0.13%
Yeni Zelandiya dolları NZD/USD            0.6161 -0.08%
Korean vonu USD/KRW    1,308.4500 0.01%
Honqkonq dolları USD/HKD            7.8469 0.00%
Sinqapur dolları USD/SGD            1.4049 0.00%
Kanada dolları* USD/CAD            1.3042 0.06%
Çin yuanı USD/CNY            6.7068 -0.18%
İsveçrə frankı* USD/CHF            0.9712 0.32%
Hindistan rupisi USD/INR          79.0790 -0.36%
Yapon yeni* USD/JPY          135.380 -0.36%

*ABŞ dolları indeksini formalaşdıran valyutalar.

Son xəbərlər
Digər xəbərlər