9 C
Baku
Monday, November 18, 2024

Litva “Bayraktar”ı Ukraynaya göndərib

Litva ölkə əhalisinin topladığı vəsait hesabına alınan “Bayraktar” pilotsuz uçuş aparatını (PUA) Ukraynaya göndərib.

Bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas özünün feysbuk səhifəsində məlumat verib.

“Pilotsuz uçuş aparatı Litvanı tərk edir. Müdafiə Nazirliyi alqı-satqı sövdələşmələri və digər hüquqi rəsmiləşdirmələri öz üzərinə götürüb ki, pilotsuz təyyarə bütün silahlarla birlikdə Ukraynaya çatdırılsın”, – nazir bildirib.

Qeyd edək ki, Ukrayna Türkiyədən 50-dək “Bayraktar” alıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər