Kanada bu yay Ukraynaya “General Dynamics” müdafiə sənayesi şirkətinə məxsus 39 zirehli döyüş maşını göndərəcək.
Bu barədə Kanadanın müdafiə naziri Anita Anand danışıb.
Zirehli maşınlar Ontario ştatının London şəhərində yerləşən General Dynamics zavodunda istehsal olunur. Avadanlıq təcili yardım, təmir-evakuasiya maşınları kimi, eləcə də qoşunların daşınması üçün istifadə oluna bilər.
Qeyd edək ki, yeni zirehli texnika partiyasının təhvil verilməsi hələ aprel ayında Kanada büdcəsində nəzərdə tutulmuş Ukraynaya 500 milyon Kanada dolları hərbi dəstəyin bir hissəsidir.