12 C
Baku
Saturday, November 23, 2024

Azərmaş “A-Qroup Sığorta Şirkəti”ni məhkəməyə verdi

“Azərmaş” MMC “A-Qroup Sığorta Şirkəti” ASC-ni məhkəməyə verib.

Banker.az xəbər verir ki, “Azərmaş” MMC Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Belə ki, tərəflər arasındakı məhkəmə çəkişməsinin səbəbi isə Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sığorta müqaviləsi üzrə mübahisələrdir.

İddia hakim Raqib Qurbanovun icraatına verilib.

Xatırladaq ki, “Azərmaş” ASC  15 noyabr 2017-ci il tarixində Azərbaycanda avtomobil sənayesinin qurulması və inkişaf etdirilməsi məqsədilə yaradılıb. “Azərmaş” şirkəti Neftçalada yığılan “Khazar” avtomobillərinin satışı ilə məşğul olur.

Onu da qeyd edək ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər