12 C
Baku
Wednesday, December 11, 2024

Cənub Qaz Dəhlizi 1.3 milyard xalis mənfəət əldə edib

İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birgə müəssisəsi, ölkənin iri layihəsi olan Cənub Qaz Dəhlizinin idarə etmə şirkəti ötən ilki xalis mənfəəti açıqlanıb.

Bu barədə Banker.az  şirkətin illik audit hesabatına istinadən xəbər verir.

2021-ci ildə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (SGC) illik gəliri öncəki illə müqayisədə 1 milyard 533 milyon manat, yaxud 2 dəfədən çox artaraq 2 milyard 998 milyon manata yüksəlib.

Bununla belə satışın maya dəyəri gəlirdən bir qədər az – 34% cəmi artaraq 671 milyon təşkil etməsi şirkətin ümumi mənfəətini xeyli artırıb.

Rəydə qeyd edilir ki, maliyyə ilində SGC-nin inzibati xərcləri 446 milyon manat (2020: 347 mln. manat), distribusiya xərcləri 446 milyon manat (31 mln. manat), maliyyə xərcləri 709 milyon manat (672 mln. manat) olmuşdur.

Beləliklə, 2021-ci ildə 1 milyard 270 milyon manatlıq xalis mənfəət edib.

Tarix Gəlir Xalis mənfəət
2018 435 -399
2019 769 -174
2020 1,465 23
2021 2,998 1,270

Avropa bazarlarına Azərbaycan qazının çatdırılmasını təmin etmək üçün, Azərbaycan Prezidenti 29 oktyabr 2013-cü il tarixində Şahdəniz qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı dövlət tərəfindən nəzarət və hərtərəfli kömək göstərilməsini təmin etmək məqsədi ilə Dövlət Komissiyası yaradılması haqqında sərəncam imzalamışdır.

Prezidentin 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə SGC yaradılması haqqında sərəncam imalayıb. SGC İqtisadiyyat Nazirliyi (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb.

Şirkətin nizamnamə kapitalı 2 milyard 415.8 milyon manatdır.

“Fitch Ratings” beynəlxlaq reytinq agentliyi  SGC-nin yüksək səviyyəli təminatsız avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləyib.

“Cənub Qaz Dəhlizi” ötən il heç bir yeni borc götürməyib, 2021-ci ilin sonuna borc ehtiyatının demək olar ki, təxminən 70 %-ni Azərbaycan Dövlət Neft Fondunun buraxdığı istiqrazlar və avrobondlar, 30%-ni isə beynəlxalq maliyyə institutları tərəfindən dəstəklədiyi kreditlər təşkil edib.

SGC

Azərbaycan hökumətinin proqnozlarına əsaslanaraq “Fitch” qeyd etmişdi ki, bütün layihələri artıq istismara verildiyi üçün, SGC-nin 2022-ci ildə nağd pula olan ümumi ehtiyacı tamamilə “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrindən əldə olunan gəlirlər hesabına ödəniləcək.

 

Son xəbərlər
Digər xəbərlər