14 C
Baku
Saturday, November 23, 2024

BVF Azərbaycanda ÜDM-in artım proqnozunu 3.8%-dək artırıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2022-ci ildə Azərbaycanda ÜDM-in artım proqnozunu 2.8%-dən 3.8%-dək artırıb.

Bu proqnozlar BVF-nin Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunlarına dair bəyanatında deyilib.

BVF 2023-cü il üçün Azərbaycanda ÜDM-in artım proqnozunu 2.6%, 2024-2027-ci illərdə isə 2.5% səviyyəsində proqnozlaşdırılıb.

Bildirilib ki, 2022-ci ildə qeyri-neft sektorunda artım 5.5% (aprel proqnozu – 4%), 2023-cü ildə 3.7%, 2024-2027-ci illərdə illik 3.5% təşkil edəcək.

Fond Azərbaycanda inflyasiyanın 12.3%-dək (2021-ci ildə 6,7%) sürətlənəcəyini, 2023-cü ildə 9.5%-dək, 2024-ci ildə 7%-dək, 2025-ci ildə 5%-dək, 2026-2027-ci illərdə 4%-dək azalacağını proqnozlaşdırır.

“2022-ci ildə ÜDM-in 3.8% artacağı, ortamüddətli perspektivdə isə bir qədər azalacağı proqnozlaşdırılır. Proqnozlara görə, 2022-ci ildə inflyasiya yüksək ərzaq və xammal qiymətləri, tədarük zəncirindəki pozulmalar da daxil olmaqla, əlverişsiz xarici amillərin təsiri ilə yüksək səviyyədə qalacaq, 2023-cü ildən etibarən inflyasiya templəri azalacaq. İnflyasiyanın 2024-cü ilin sonunadək Mərkəzi Bankın hədəf diapazonunun yuxarı həddinə (4 ± 2 faiz) qaytarılmasını dəstəkləmək üçün pul-kredit siyasətinin əlavə sərtləşdirilməsi və orta səviyyədə saxlanılması tələb olunacaq”, – bəyanatda vurğulanıb.

Bundan əlavə, BVF 2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 24.6%-i (2021-ci ildə 15.2%-i), 2023-cü ildə 21.6%-i, 2024-cü ildə 21%-i, 2025-ci ildə 16.3%-i, 2026-cı ildə 10.7%-i, 2027-ci ildə 9.1%-i səviyyəsində proqnozlaşdırır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər