“Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus güzəştli mənzillərin əvvəlcədən bronlaşdırılması barədə iddiaların əsası yoxdur”.
Bunu MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı Dövlət Təhlükəsizlik Xidməti ilə birgə keçirilən brifinqdə deyib.
“Bu tip iddialara sosial şəbəkələrdə rast gəlirik və onları cavablandırırıq. Bütün mənzillər satış başlayan zaman aktiv olur. Sadəcə iş sürətli həyata keçirilir. Seçimin sürəti həyata keçirilməsi belə fikir formalaşdırır ki, mənzil yoxdur. Son mənzil seçimi prosesində kifayət qədər araşdırmalar aparılıb. Həmin araşdırmalar zamanı satış başlayan vaxt bütün mənzillərin seçim üçün aktiv olması öz əksini tapıb”, – deyə o, qeyd edib.
MİDA rəsmisi növbəti satışla bağlı da danışıb: “Qeyd etdiyimiz kimi, sistemdə təkmilləşdirilmə işləri aparılır, dəyişikliklər olacaq. Tezliklə növbəti satışla bağlı elan qaydalara uyğun olaraq 30 gün əvvəlcədən veriləcək”.