14 C
Baku
Saturday, November 23, 2024

MİDA: Güzəştli mənzil seçimi üçün ödəniş qarşılığında “kömək” təklif edənlər var

Sosial şəbəkələrdə hələ də bəzi insanlar “kömək” təklif edirlər.

Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Fərman Qurbanlı APA-nın “Sosial şəbəkələrdə xüsusi səhifələr və ya bəzi şəxslər mənzil seçimi ilə bağlı ödəniş qarşılığında öz köməyini təklif edir. MİDA bu halların qarşısını üçün hər hansı tədbirlər görürmü?” sualına cavabında deyib.

O bildirib ki, MİDA bu hallarla rastlaşanda müvafiq tədbirlər görür: “Vətəndaşlardan da xahişimiz budur ki, bu kimi hallarla rastlaşanda müraciət etsinlər və biz bunun qarşısını alaq”.

Fərman Qurbanlının sözlərinə görə, artıq sistemi elə hala gətirmək istəyirlər ki, hansısa proqramçılar demo versiya vasitəsilə sistemin eynisini düzəldə bilməsinlər: “Bunun üçün artıq sistemdə təhlükəsizlik tədbirləri görülür. Demo versiya ilə əsas versiya arasında müəyyən fərqlər olacaq ki, işbazlar bura müdaxilə edə bilməsinlər. Sistem hazır hala gələndən sonra növbəti mərhələ ilə bağlı elan yerləşdiriləcək”.

Son xəbərlər
Digər xəbərlər