ABŞ prezidenti Co Bayden Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) dünyanın ən yaxşı məxfi xidməti adlandırıb.
Bu barədə “The Washington Post” məlumat yayıb.
C.Bayden izah edib ki, MKİ Ukrayna hadisələrini proqnozlaşdıra və dünyanı xəbərdar edə bilib. Federal agentliyin Virciniyadakı mənzil-qərargahında olarkən o, MKİ-yə Ukraynadakı işinə görə təşəkkür edib.
Ağ Evin rəhbəri onu da qeyd edib ki, o, idarə ilə bütün 75 il ərzində deyil, cəmi 52 ildir əməkdaşlıq edir.