6 C
Baku
Wednesday, January 15, 2025

Müştəri bankdan depozitini geri ala bilməzsə hansı addımları ata bilər?

O halda gecikdirmə müddətinə görə vətəndaşlara faiz ödənilməlidir
Müzəffər Baxışov: «Əmanətçi bankdan əmanəti dərhal qaytarmağı və qanuna uyğun qaydada faizlər ödənilməsini tələb edə bilər»

Dollar ajiotajı başlayandan valyutadəyişmə məntəqələrinin qarşısındakı növbələr bitmir. Amma vətəndaşlar məntəqələrdən yalnız məhdud sayda valyuta ala bilərlər. Maraqlıdır ki, oxşar proses əmanətçilərlə də bağlı yaşanır.
Banklarda əmanətləri olan şəxslər öz vəsaitlərini almaqda çətinlik çəkirlər. Bu tendensiya istər dollar, istərsə də manat əmanətlərinə şamil edilir. Bəzi banklar əmanətçilərdən bir müddət sonra müraciət etməsini istəsə də, digərləri əmanətçinin vəsaitin yalnız bir hissəsini ala biləcəyini bəyan edir. Bəs bankların bu cür davranışları nə dərəcədə qanunidir və vətəndaş bu cür münasibətlə üzləşdiyi halda hansı addımları ata bilər?
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, vətəndaş və bank münasibətləri əmanətçinin imzaladığı müqaviləyə əsasən tənzimlənir. Və bu münasibətlər banklardan asılı olaraq dəyişə bilər. Amma bütün bu müqavilələr Mülki Məcəllə ilə tənzimlənir: “Mülki Məcəllənin 450.4 maddəsinin tələblərinə görə, bank əmanətin qaytarılmasını bank əmanət müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə təmin etməlidir. Habelə əmanətin qaytarılmasında təminat itirildikdə və ya bankın şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanəti dərhal qaytarmağı və 448.1 maddəyə uyğun qaydada faizlər ödəməyi, vurulmuş zərərin ödənilməsini tələb edə bilər. Bankların ödəməli olduğu faizlər barədə şərtlər olmadığından bank həmin şərtləri, faizləri 449.1 maddəsinə uyğun olaraq müəyyənləşdirməli və ona uyğun ödəməlidir. Faizlərin miqdarı bankın öhdəliyinin və ya onun müvafiq hissəsinin icrası üçün həmin müddətdəki bank uçot dərəcəsi ilə müəyyən edilir. Borc məhkəmə qaydasında tutularsa, məhkəmə qərarı çıxardığı gün üçün bank uçot dərəcəsi əsas götürür. Bank uçot dərəcəsi isə Azərbayanda 3 faiz müəyyən edilib”.
M.Baxışov onu da bildirdi ki, bank uzun müddət vəsaiti geri qaytarmasa, vətəndaş məhkəməyə müraciət edə bilər.
Faktxəbər
Son xəbərlər
Digər xəbərlər