Dünya birjasında neftin qiyməti bahalaşıb.
Banker.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,88 dollar artaraq 39,48 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 1,02 dollar artaraq 44,16 dollar olub.