Azərbaycanda içməli su təchizatını və kanalizasiya xidmətini həyata keçirən dövlət şirkəti “Azərsu” ASC-nin xarici uzunmüddəli kredit borcu 2.1% artıb, amma artan borcun əsas hissəsi daxili mənbələr hesabınadır.
Bu barədə Banker.az “Azərsu”nun illik audit hesabatına istinadən xəbər verir.
Audit rəyində qeyd edilir ki, 1 yanvar 2022-ci il tarixinə 248.1 milyon manat ekvivalentində borcu var.
Bu borcların 55.05 milyon avro (16.48+38.57) Almaniyanın “Kreditanstalt für Wiederaufbau” (KfW) bankına kredit alınıb. Həmin kreditlər 2040-45-ci ilərdə ödənilməlidir.
Ötən il Dünya Bankının Beynəlxalq İnkişaf Assosiyasiyasından alınan 38.8 milyon xüsusi borclanma hüququ (XBH/AZN 2.2265) almışdı, o borcu tam sıfırlayıb.