Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.
Bu barədə Aİ-nin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, T.Klaar hazırda Ermənistandadır, daha sonra onun Bakıya səfəri nəzərdə tutulub.
T.Klaarın iyulun 15-də Azərbaycanda bir sıra görüşlər keçirəcəyi gözlənilir.