11 C
Baku
Saturday, November 16, 2024

Azərbaycanda “sarı nömrələr” ləğv edildi

Əcnəbilər üçün sarı rəngli dövlət qeydiyyat nişanları ləğv edilib.

“Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də dəyişikliklər edib.

İndiyə qədər Azərbaycan Respublikası ərazisində daimi yaşayan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin nəqliyyat vasitələri ümumi əsaslarla qeydiyyata alınıb.

Dəyişikliyə əsasən, Azərbaycan ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının nəqliyyat vasitələri ümumi əsaslarla qeydiyyata alınacaq.

Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, diplomatik nümayəndəliklərin başçılarının xidməti və şəxsi nəqliyyat vasitələrinə “SFR” seriyası, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnaməsi və “D” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.

Diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların inzibati-texniki və xidməti personalına və bu personalın ailə üzvlərinə “T” seriyası üzrə dövlət qeydiyyat nişanı təqdim olunur

Fəxri konsulluqların nəqliyyat vasitələrinə “FK” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.

Bundan əlavə, əcnəbilərin, xarici hüquqi şəxslərin və Azərbaycan-xarici ölkə birgə müəssisələrinin nəqliyyat vasitələri üçün müəyyən edilən sarı rəngli dövlət qeydiyyat nişanları ləğv edilib.

Oxu.Az

Son xəbərlər
Digər xəbərlər