Moody’s beynəlxalq reytinq agentliyi Belarusun xarici borc öhdəliklərini yerinə yetirmədiyini bəyan edib. Bu barədə agentliyin saytında dərc olunan məlumatda deyilir.
Çərşənbə günü (13 iyul – Red) güzəşt müddəti başa çatan Belarus həmin tarixə qədər “Belarus-27” onillik avrobondlar üzrə 22,9 milyon dollar ödəməli idi.
Belarus Maliyyə Nazirliyi ödənişi milli valyutada həyata keçirdiyi üçün Belarus emitentlərinin xarici borcunun sahibləri ödənişləri ala bilməyiblər:
“Belarus rublunda xarici valyuta borcunun ödənilməsi defoltdur”, – agentliyin açıqlamasında deyilir.