12 C
Baku
Monday, November 25, 2024

Bayden ABŞ-ın İsrail-Fələstin münaqişəsində iki dövlətli həll yolunu dəstəklədiyini deyib

ABŞ Prezidenti kimi mənim İsrail-Fələstin münaqişəsində iki dövlətli həll yoluna sadiqliyim dəyişməyib.

Bunu ABŞ Prezidenti Co Bayden Betlehəmdə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla birgə keçirdiyi mətbuat konfransında deyib.

ABŞ Prezidenti vurğulayıb ki, bu, hər iki tərəfin inkişafı, çiçəklənməsi, təhlükəsizliyi, israillilərin və fələstinlilərin azadlığı və demokratiyası üçün ən yaxşı həll yoludur. Bayden bildirib ki, Fələstin xalqı suveren, azad ölkəyə layiqdir: “Bu torpaqlarda yaşayan və dərin kökləri olan iki xalq üçün iki dövlət! Hər bir şəxs ona ləyaqətlə davranılmağa layiqdir. Bu fundamental hüquqdur”.

O, iki dövlətli həll yolu istiqamətində hədəfin indiyə qədər uzaq olduğunu başa düşdüyünü ifadə edib: “Biz sizin çətinliklərinizi başa düşürük, səyahətlə bağlı məhdudiyyətlər, sizin uşaqlarınızın təhlükəsizliyi məsələsi, bütün bunlar realdır. Biz Fələstinin ağrısını hiss edirik, ona görə də biz sülh üçün işləməkdən heç vaxt vaz keçməyəcəyik. Gələcəklə bağlı ümidsizliyə yol verə bilmərik. Ola bilər ki, hazırkı mühit danışıqlar üçün əlverişli deyil, ancaq ABŞ və mənim rəhbərlik etdiyim administrasiya Fələstin və İsraili bir-birinə yaxınlaşdırmaq istiqamətində işləməkdən vaz keçməyəcək”.

ABŞ Prezidenti qeyd edib ki, şiddətə son qoyulmalıdır: “Təkcə bu il nə qədər israilli və fələstinli həlak olub, həm də ABŞ itki verib. Amerikalı jurnalist Şirin Əbu Akleh həyatını itirib. O, Fələstin xalqının hekayəsini dünyaya çatdırırdı”.

ABŞ Prezidenti Yerusəlim şəhərinin həm fələstinlilər, həm də israillilər üçün xüsusi yeri olduğunu qeyd edərək bu şəhərin orada yaşayan bütün xalqların şəhəri olmalı olduğunu vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər