Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin Təchizat İdarəsi yumşaq inventarların satınalınması ilə bağlı elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Banker.az xəbər verir ki, tenderin qalibi “İL” MMC-dir.
Nazirlik buna görə “İL” MMC-yə 5 700 041 manat ödəyəcək.
Qeyd edək ki, “İL” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi İlqar Orucovdur.