NATO-ya üzv olan 30 ölkədən 15-i Finlandiya və İsveçin alyansa daxil olması haqqında protokolu ratifikasiya edib.
Bu barədə İsveçin xarici işlər naziri Ann Linde tviter hesabında bildirib.
İyunun 29-da baş tutan sammitdə NATO liderləri rəsmi olaraq İsveç və Finlandiyanı alyansa qoşulmağa dəvət ediblər.
İyulun 5-də Finlandiya və İsveçin xarici işlər nazirləri NATO-ya üzv olmaq haqqında protokollar imzalayıblar.
2022-ci il iyulun 1-dən alyansa qoşulmaq üçün İsveç Türkiyə ilə əldə olunan razılaşmanın bir hissəsi olaraq terror cinayətləri ilə bağlı qanunu sərtləşdirməyə razılaşıb. Sənədə əsasən, İsveç, Finlandiya və Türkiyə terrorizmlə mübarizə, o cümlədən PKK-ya qarşı tədbirlər sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.