Perunun keçmiş prezidenti, 1975-1980-ci illərdə ölkəyə rəhbərlik etmiş Fransisko Morales Bermudes Limada 101 yaşında vəfat edib.
Bu barədə onun ailəsi məlumat yayıb.
Sabiq dövlət başçısının oğlu Remixio Morales RPP radiostansiyasına açıqlamasında bildirib ki, atasının sağlamlıq vəziyyəti pis olub.
Hərbi diktatura illərində baş qərargah rəisi və iqtisadiyyat naziri olmuş Morales 1975-ci ildə hakimiyyəti əlinə alıb. O, 1980-ci ilədək, prezident və konqres demokratik yolla seçilənə qədər orduya və nazirlər şurasına rəhbərlik edib.
Morales İtaliyada ABŞ-ın dəstəklədiyi siyasi repressiya və dövlət terroru kampaniyası olan “Kondor Əməliyyatı”nda iştirakına görə qiyabi məhkum edilib.
2019-cu ildə Perunun keçmiş prezidenti Romada ömürlük həbs cəzasına məhkum edilib, lakin o, ekstradisiya olunmayıb, vətənində sərbəst yaşayıb.