9 C
Baku
Monday, January 12, 2026

Ərdoğan Makronla taxıl dəhlizinin yaradılmasını müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası tviterdə məlumat yayıb.

Prezidentlər Ukraynadan Qara dəniz vasitəsilə kənd təsərrüfatı məhsullarının tədarükünə nəzarət etmək üçün İstanbulda koordinasiya mərkəzinin yaradılmasını müzakirə ediblər.

Türkiyə lideri qeyd edib ki, planın tezliklə həyata keçirilməsi qlobal ərzaq təhlükəsizliyi məsələlərinin həllini xeyli asanlaşdıracaq.

Son xəbərlər
Digər xəbərlər