Bu ilin yanvar-iyun ayında Azərbaycandan 59 212 ton pambıq lifi göndərilib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
2022-ci ilin yanvar-iyun aylarında ixrac edilən pambıq lifinin dəyəri 138 milyon 681 min ABŞ dolları olub.
Ötən ilin eyni aylarında ölkədən 122 milyon 956 min dollarlıq 81 417 ton pambıq lifi ixrac edilib. Belə ki, pambıq lifinin ixracı dəyər ifadəsində 13% artıb, miqdar ifadəsində isə 27.3% artıb.
Onu da qeyd edək ki, 6 ay ərzində Azərbaycandan 24 milyon 860 min dollarlıq 5 941 ton pambıq ipliyi ixrac edilib. 2021-ci ilin müvafiq dövründə isə pambıq iplik 23 milyon 621 dollar vəsait gətirmişdi və ixrac olunmuş məhsulun həcmi 8 417 ton olmuşdu. İllik müqayisədə ixrac edilən pambıq ipliyin dəyəri 5% artıb, miqdarı isə 29% azalıb.