Qəhvəxana şəbəkəsi olan “Starbucks” Böyük Britaniyadakı aktivləri satmağı planlaşdırır, Banker.az bu barədə “The Times”a istinadən xəbər verir. Nəşr qeyd edir ki, buna səbəb “Pret A Manger”, “Tim Hortons” və “Costa” şəbəkələrinin yüksək rəqabəti olub.
“Starbucks” Britaniya biznesinin qiymətləndirilməsi üçün Amerika bankı “Houlihan Lokey”ə müraciət edib.
“Starbucks”ın 2021-ci il maliyyə hesabatında qeyd olunur ki, Böyük Britaniyada 1000-dən çox “Starbucks” qəhvəxanası var və burada təxminən 4000 işçi çalışır. Şirkətin ölkədəki ümumi gəliri 389 milyon dollar təşkil edib.
Qəhvəxana şəbəkəsi COVID-19 məhdudiyyətləri səbəbindən növbəti maliyyə ili üçün bir proqnoz dərc etməyib.