7 C
Baku
Thursday, December 12, 2024

İranın XİN başçısı ilə Jozep Borrel arasında telefon danışığı olub

İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel ilə telefon danışığında sanksiyaların ləğvi, regional və beynəlxalq məsələləri müzakirə edib.

H.Əmirabdullahiyan bildirib ki, yaxşı, güclü və davamlı saziş əldə etmək üçün İran iradə nümayiş etdirir.

H.Əmirabdullahiyan bildirib ki, Ağ ev öz tamahkarlığından və şübhələrindən əl çəkməlidir və sazişin əldə olunması üçün addım atmalıdır.

“ABŞ öz uğursuz addımlarından, təzyiq və sanksiya vasitəsindən əl çəkməlidir.”

H. Əmirabdullahiyan Tehranda İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli görüşü haqqında və İranın ərazi və enerji təhlükəsizliyi sahəsindəki roluna toxunub.

H.Əmirabdullahiyan Ukrayna xarici işlər naziri ilə telefon danışığı apardığını və Ukraynanın buğda ixracatının asanlaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Telefon danışığında J.Borrel İranın müzakirələrdə ciddi və müsbət iradəsinə görə təşəkkür edib.

J.Borrel aylarla çəkilən zəhmətin nəticə verəcəyini, ABŞ və İranın saziş əldə etməsi üçün təmaslarını yaxınlaşdırmağa çalışacaqlarını bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər