11 C
Baku
Saturday, November 16, 2024

Macarıstan Avropa Parlamentinin səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul etdi

Macarıstan parlamenti Avropa Parlamentinin səlahiyyətlərinin məhdudlaşdırılmasını tələb edən qətnaməni təsdiqləyib.

Bu barədə “İnterfax” xəbər verir.

Qətnamə hakim Fides partiyasının deputatlarının səsləri ilə qəbul edilib. Qətnamədə Avropa İttifaqının (Aİ) ölkələrinin parlamentlərinə Aİ səviyyəsində təklif olunan istənilən qanun layihəsinə veto qoymaq səlahiyyətinin verilməsi təklif edilir ki, bununla da Avropa Parlamentinin qanunvericilik imkanları məhdudlaşdırılır.

Deputatlar həmçinin Avropa Parlamentinə deputatların milli parlamentlərdə səsvermə yolu ilə seçilməsini, onların taleyini seçicilərə həvalə etməməyi təklif ediblər. Qətnamə müəllifləri blokun ayrı-ayrı ölkələrinin parlamentlərinə və hökumətlərinə bütün Aİ səviyyəsində qanunvericilik prosedurlarına başlamaq hüququ verilməsini təklif edirlər.

Macarıstan deputatları həmçinin Aİ-dən gələcək maliyyə borclarının alınmasını qadağan etməyi, ölkələrin Aİ strukturuna inteqrasiya dərəcəsini hüquqi müstəvidə məhdudlaşdırmağı və sənədlərdə “xristian kökləri və mədəniyyəti” anlayışlarının Avropa İttifaqının əsası kimi təsbit edilməsini təklif edirlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər