13 C
Baku
Friday, November 22, 2024

Yaxşı iş qazanmaq istəyi və yeni biliklərə ehtiyac insanları biznes məktəblərinə üz tutmağa sövq edir

Biznes-məktəblərinə daxil olmaq istəyən insanlar üçün başlıca prinsiplər –yeni səriştə və bacarıqlar qazanmaq və maraqlı, qeyri adi iş yeri tapmaq səyləri, həmçinin daha geniş karyera imkanlarına çıxış əldə etməkdir.

Menecment kursu üzrə magistraturaya daxil olma şurasının (Graduate Management Admission Council (GMAC)) araşdırmasına əsasən, insanlar digər motivasiya amillərinə, məsələn ətrafdakılar tərəfindən qəbul olunma və ya hörmət, başqalarına effektiv təsir etmə və ya yüksək biliklərin əldə edilməsi kimi nüanslara o qədər də böyük önəm vermirlər. Bu elmi iş özündə biznes-məktəbə və ya hər hansı bir ali məktəbə daxil olmaq arzusunda olan 40.000 insan arasında iki il ərzində aparılmış sorğunu əhatə edir.

MBA təhsili arxasında dayanan motivasiya, proqram tipinin seçimində əhəmiyyətli rol oynayır.
Əyani təhsilli MBA proqramı daha çox öz işgüzar əlaqələr əhatəsini genişləndirmək istəyən insanlar tərəfindən seçilir. O insanlar ki, əmək bazarındakı sərt rəqabətə duruş gətirmək əzmindədir, onlar  part-time (qiyabi, ya axşam növbəsi), məsafədən təhsil, executive (icraçı, inzibati) MBA proqramlarına üstünlük verirlər. Eyni zamanda MBA-nın mühasibat və maliyyə hesabları üzrə ixtisaslaşmış təhsil proqramları, işgüzar vəziyyətin idarə edilməsində daha yüksək səriştə qazanmaq istəyən iş adamlarının diqqətini çəkir.

“Əgər potensial namizədlərin proqram seçimindən nə gözlədiklərinə və onları bu seçimi etməyə sövq edən əsas hərəkətverici qüvvələrə nəzər salsaq, çox maraqlı bir təsvirlə qarşılaşarıq”- Gregg Schoenfeld deyir. O, idarəetmə təhsili üzrə direktor və yuxarıda qeyd olunan tədqiqatın müəllifidir.

“Proqram seçimində abituriyentlərin hansı motivasiya amilinin təsiri altında çıxış etməklərini  və işə düzəlmədə spesifik seqmentləri bilmək, biznes-məktəblərə namizədlər ilə daha sıx əlaqə qurmağa imkan verər, belə ki bəzi namizədlər önə çəkmə, həvəsləndirmə kimi metodlara xüsusilə həssasdırlar”.

Abituriyentlərin biznes-məktəblərdə əldə etmək istədikləri təhsil ilə əlaqədar müəyyən prioritetlərin düzümündə və bilik sahələrinin seçimində gender faktoru da həlledici rol oynayır. Sorğuya əsasən qadınlar kişilərdən fərqli olaraq, öz idarəetmə bacarıqlarının təkmilləşməsində daha çox maraqlıdırlar. Kişilər isə əksinə olaraq texniki və əməliyyat yönümlü biliklərini genişləndirməyə meyl edirlər.

Son xəbərlər
Digər xəbərlər