“Binance” kriptovalyuta birjasının kotirovkalarından göründüyü kimi, bitkoin (BTC) bahalaşmağa davam edir və Bakı vaxtı ilə saat 20:55-ə olan məlumata görə, 23.2 min dollara çatıb.
Banker.az bu barədə “Kommersnat”a istinadən xəbər verir.
İkinci ən populyar kriptovalyuta Ethereum (ETH) da artım nümayiş etdirir – bu gün onun qiyməti son bir ayda ilk dəfə 1.55 min dolları keçib.
Kriptovalyuta bazarında müsbət dinamika qlobal fond bazarlarında artımın bərpası ilə bağlıdır. Belə ki, cümə günü, iyulun 15-də ticarətin “Dow Jones Industrial Average” 658.09 bənd (2.15%), “NASDAQ Composite” isə 201.24 bənd (1.79%) artıb.