Britaniya hökuməti İngiltərənin şərqində altı milyon ev üçün aşağı karbonlu elektrik enerjisi istehsal edəcək yeni “Sizewell C” atom elektrik stansiyasının tikintisinə icazə verib.
3200 MVt gücündə olacaq stansiyanın Britaniyanın 2050-ci ilə qədər xalis sıfır karbon emissiyasına çevrilməsi hədəfinə çatmağa kömək edəcəyi gözlənilir.
Bu layihənin 80 faizi Fransanın əsas enerji şirkəti olan EDF-yə, qalan hissəsi isə Çinin dövlət nüvə şirkəti CGN-ə məxsusdur.
Böyük Britaniya irimiqyaslı nüvə layihəsinin inkişafı üçün artıq 1.7 milyard funt-sterlinq maliyyə ayırıb və yekun investisiya qərarı 2024-cü ilə qədər veriləcək.
Suffolkda tikiləcək nüvə elektrik stansiyasının tikinti işlərinin 9-12 il çəkəcəyi gözlənilir.