Şəmkirdə fəaliyyət göstərən ərzaq mağazasında mənşəyi məlum olmayan içki və yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb.
Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
AQTA-dan verilən məlumata görə, Şəmkir rayonunun Keçili kəndində fəaliyyət göstərən, Ələsgərov Elçin Ənvər oğluna məxsus ərzaq satışı mağazasında qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki, mağazada 10 ədəd 1 litrlik, 2 ədəd 0,7 litrlik mənşəyi məlum olmayan, saxtalaşdırılmış “Organic Line” əmtəə nişanlı spirtli içki və ümumi çəkisi 109 kq 43 adda, müxtəlif çeşiddə yararlılıq müddəti bitmiş qida məhsulları aşkar edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub, istehlaka yararsız məhsulların satışdan kənarlaşdırılması barədə qərar qəbul edilib.