2022-ci ilin yanvar-iyun aylarında 800 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib.
DSMF-dən Banker.az-a verilən məlumata görə, onlardan 434 min nəfəri sosial müavinətlə, 362 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub. Müavinət ödənişləri üçün ötən ilin müvafiq dövrünə nisbətən 35% çox olmaqla 398 mln. manat, təqaüd ödənişləri üçün 27% çox olmaqla 264 mln. manat sərf edilib.
Bildirilir ki, son üç ildə 25 növ müavinət və təqaüdün də elektron sistem üzərindən proaktiv təyinatı sistemləri işə salınıb. 2022-ci ilin 6 ayında 144,1 min, ümumilikdə ötən dövrdə cəmi 365 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.