13 C
Baku
Saturday, November 23, 2024

Bakıda zavod 11 milyon manata satışa çıxarılır

Banker.az xəbər verir ki, “B.Sərdarov adına maşınqayırma zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti hərraca çıxarılır.
Zavodun tabe olduğu təşkilatın adı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsdir. Əmlakın ilkin start qiyməti 11 280 500 manatdır.
Hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN).
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).Qeyd: Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küşəsi, 20 ünvanında (Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanının binası, 2-ci mərtəbə)  hərrac komissiyası tərəfindən keçiriləcəkdir.

Hərracın keçirilməsi haqqında əlavə məlumatları “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsdən (telefon: 012-514-23-64) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsindən (telefon: 012-490-24-08; daxili: 2-85) almaq olar.

Müəssisə və obyektin adı Ünvanı Tabe olduğu təşkilatın adı Ümumi
faydalı
sahəsi
(kv.m)
Özəlləşdirilən torpaq
sahəsi
(kv.m)
İşçilərin sayı Əmlakın ilkin
(start) satış qiyməti
(100%)
(manat)
Əmək kollektivinə güzəştli şərtlərlə satımış hissə (15%)
(manat)
Torpaq sahəsinin
ilkin (start) satış qiyməti
(manat)
Hərraca çıxarılan ümumi ilkin (start) satış qiyməti
(manat)
10% beh (manat)
1 “B.Sərdarov adına maşınqayırma zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 53 AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs 58471.9 117787.3 14 11280500 1692075 4780500 14368925 1436893
Son xəbərlər
Digər xəbərlər