11 C
Baku
Tuesday, November 26, 2024

ÜST meymunçiçəyi ilə bağlı səhiyyə sahəsində beynəlxalq fövqəladə vəziyyət elan edib

Hazırda dünyada meymunçiçəyi virusuna 16 mindən çox yoluxma qeydə alınıb.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu gün keçirilən brifinqində Baş direktor Tedros Adanom Qebreyesus deyib.

O bildirib ki, dünyanın 75 ölkə və ərazisində yoluxma halları qeydə alınıb, onlardan beşi ölümlə nəticələnib.

Virusun daha da yayılma ehtimalı nəzərə alınaraq ÜST rəhbəri səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

Onun sözlərinə görə iyulun 21-də baş tutan ikinci görüşdə ÜST-ün fövqəladə komitəsi bu məsələ ilə bağlı konsensusa gələ bilməyib.

Son xəbərlər
Digər xəbərlər